image-2000x150px
image-123
image-ads_atlas
“İşğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələrə başlanılıb” – Ceyhun Bayramovbackend

“İşğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələrə başlanılıb” – Ceyhun Bayramov

image-728x90px

Postmünaqişə dövründə Macarıstan şirkətlərinin böyük marağını görürük.

“Doğru.az”-ın məlumatına görə, bunu bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdən sonra xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, görüləcək işlərin planlaşdırılması həyata keçirilir: “Bir sıra böyük infrastruktur layihələrin də artıq həyata keçirilməsinə başlanılıb. Bu gün dəmir yolu tikintisi sahəsində macar şirkətlərinin təcrübəsi barədə fikir mübadiləsi aparıldı. Yol tikintisi ilə bağlı müzakirə oldu. İşğaldan azad edilən ərazilərdə böyük kənd təsərrüfatı potensialı var. Nümunəvi bir kəndin Macarıstan təcrübəsi əsasında “ağıllı kənd” konsepsiyası ilə tikilməsi ətrafında müzakirə aparıldı.

Mədən və turizm sahəsində də geniş potensial var. Ölkələrimiz arasında ikitərəfli münasibətlərlə bağlı da geniş fikir mübadiləsi aparılıb. Aviasiya sahəsində sərnişin daşıması ilə bağlı macar şirkətinin marağı ilə bağlı müzakirə aparıldı və yaxın vaxtlarda bununla bağlı addım atılacaq.

“Macarıstanın sədrliyini nəzərə alaraq, Avropa Şurasının imkanlarından postkonflikt dövründə konfliktə məruz qalmış insanların reabilitasiyasında istifadə etmək də müzakirə mövzusu oldu”.

Xarici işlər naziri bildirib ki, Macarıstanın əsas ticarət tərəfdaşı Çindir: “Azərbaycan da Çinlə Macarıstan arasında yerləşir. Bu aspektdə tranzit imkanları da geniş müzakirə olundu”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki