image-2000x150px
image-123
image-ads_atlas
image-1619360793backend

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq – RƏSMİ

image-728x90px

Bu gün bəzi saytlarda Milli Məclisə daxil olan “Müstəqillik Günü haqqında” qanun layihəsinin qəbulundan sonra 28 may və 18 oktyabrın iş günü olacağı ilə bağlı məlumatlar yayılıb.

APA-nın məlumatına görə, qanun layihəsinin qəbulundan sonra 28 may – Müstəqillik Gününün qeyri-iş günü, 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün isə iş günü olacağı nəzərdə tutulur.

Qeyd edək ki, qüvvədə olan Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, 28 may – Respublika Günü iş günü hesab edilməyən, 18 oktyabr – Dövlət Müstəqilliyi günü isə iş günü hesab edilən bayram günləri olub. Qanun layihəsi qəbul olunduqdan sonra bayram günlərinin adları dəyişsə də, 28 mayın qeyri-iş, 18 oktyabrın iş günü olması dəyişmir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki