image-2000x150px
image-123
image-ads_atlas
image-17170590414441249893_1200x630backend

28 May” stansiyasında növbəti eskalator əsaslı təmir ediləcək – FOTO

image-728x90px

“28 May” stansiyasının ikinci çıxışında 2010-cu ildən istismarda olan “ET-3M” tipli üç eskalatordan biri “Bakı Metropoliteni” QSC-nin əsaslı təmir planına uyğun olaraq, iyunun 3-dən əsaslı təmirə dayandırılır. Texniki tələblərə görə, bu tip eskalatorlar 150 min kilometr qaçış məsafəsini qət etdikdən sonra əsaslı təmir olunur.

Bakı metrosundan Doğru.az-a bildirilib ki, eskalator qovşaq və hissələrinin təmiri üçün lazım olan mal-material, ehtiyat hissələri, tərtibat və alətlərlə təmin edilib. Təmir müddətində qaynaq işləri yalnız gecə növbəsində nəzarət altında yerinə yetiriləcək.

Təmir başa çatdırıldıqdan sonra diaqnostik müayinələr aparılacaq. Qazan nəzarəti üzrə müfəttişliyin istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirməsindən sonra nöqsan və qüsurlar olmazsa, eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul ediləcək. Təmir yeni tədris mövsümünə qədər başa çatdırılmalıdır. Həmçinin digər iki eskalatorun iş rejimi və daim nəzarət altında olması təmin ediləcək.

Qeyd edək ki, bu tip eskalatorların istismar müddəti 40 ildir.

DOĞRU.AZ

image-17170590411889860667_1200x630 image-17170590412819129215_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki