image-2000x150px
image-123
image-ads_atlas
image-tia_ef1e060205236fe354ea27b34846c5f4_h4tq2kgbw78ua6mrivjsbackend

Nazirlikdən Bakıdakı məktəb rəhbərliyinə məcburi GÖSTƏRİŞ – FOTO

image-728x90px

Nəsimi rayonu 35 nömrəli məktəbin həyətində ağacların quruması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb və məktəbin həyətindəki ağacların bioloji inkişafdan qaldığı məlum olub.

“Xidmətin əməkdaşlarının nəzarəti altında rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən qurumuş ağacların yerinə yeniləri əkilib və suvarma sistemi təşkil edilib. Ağaclara mütəmadi aqrotexniki qulluq göstərilməsi məqsədilə məktəbin rəhbərliyinə məcburi göstəriş verilib”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki