image-2000x150px
image-123
image-ads_atlas
image-1626068110_modern-az-12-07-2021-1626067354backend

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var – SİYAHI

image-728x90px

Səhər saatlarından Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində tıxac müşahidə edilir.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətdə çox güclü sıxlıq müşahidə olunur).

Eləcə də, Qara Qarayev prospekti – Əsas yol və Köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqaməti), Afiyəddin Cəlilov küçəsi – (Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində), Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti – Əsas yol – (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində), Akademik Həsən Əliyev küçəsi – (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıq müşahidə edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki