image-n1karobka_ads
image-123
image-tia_270d64a73c43a4b406a3478230192124_5pmj1ry0zo4ubenavswxbackend

44 günlük müharibədə boykot edilən McDonald’s bu dəfə tədbirlə gündəmə gəlməyə çalışır

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, “McDonald’s Azərbaycan” şəhid və qazilərimizin övladları üçün istirahət tədbiri təşkil etdiyini açıqlayıb. Görünən odur ki, uzun illər susqun qalan şirkət bu kimi addımlarla keçmişin kölgəsindən çıxmağa çalışır.

Lakin ictimaiyyət bu cür təşəbbüslərə şübhə ilə yanaşır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi günlərdə, yüzlərlə yerli və beynəlxalq brend Ordumuza, şəhidlərimizə dəstək göstərdiyi halda, McDonald’s susqunluq nümayiş etdirmiş, xalqın haqlı qınağına tuş gəlmişdi. O vaxt sosial şəbəkələrdə başlayan boykot çağırışları bu brendin ictimai etibarını sarsıtmışdı.

İndi keçirilən tədbir cəmiyyətin gözü qarşısında baş verir və ictimai rəy bu addımı sadəcə “təmir cəhdi” kimi qiymətləndirir. Bir brendin vətənpərvərliyi, mövqeyi yalnız oyun və hədiyyələrlə deyil, ən çətin zamanlarda sərgilədiyi duruşla ölçülür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki