image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220307_100816_971backend

Rusiya və Belarusun Dünya Oyunları 2022-də iştirakı ləğv olundu!

image-728x90px

Dünya Oyunları 2022-nin (XI Dünya Oyunları) Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb.

Doğru.Az yarışın rəsmi saytına istinadən bu barədə xəbər verir.

Qeyd edilir ki, qərar həmin ölkələrin rəsmilərinə də şamil edilir. Qərar Dünya Oyunlarının təşkilinə kömək edən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsindən sonra qəbul olunub.

Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem şəhərində keçiriləcək. Yarışda 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki