ABŞ-ın ən böyük aptek şəbəkələrindən biri olan Walgreens-in işçiləri oktyabrın 9-dan 11-dək tətil edəcəklər.
Bu barədə CNN tətil təşkilatçılarından birinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, tətildə əczaçılar, laborantlar və apteklər şəbəkəsinin yardımçı heyəti iştirak edəcək. Bəziləri cəmi bir gün, bəziləri üç günlük tətil etmək niyyətindədir. 500-dən çox aptek işçisi tətildə iştirak etməkdə maraqlı olduğunu bildirib.
Qeyd olunur ki, tətilə səbəb ağır iş şəraiti, yeni laborantların məşğələ saatlarının azaldılması, həmçinin peyvənd və dərmanların yazılması ilə bağlı “ağır” gözləntilər olub.
Mənbə: CNN Türk