image-n1karobka_ads
image-123
image-68acd4ccae5ac9482c55345cbackend

ABŞ Əfqanıstandan çıxarılma prosesinə görə yeni araşdırma başladıb

image-ad_qayo_720x110px

ABŞ Müdafiə Nazirliyi əvvəlki prezident Co Baydenin administrasiyası dövründə Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı əlavə dərin araşdırma aparır.

Doğru.az xəbər verir ki, Pentaqonun katibi Pit Heqset məsələ ilə bağlı açıqlamasında hadisələrə görə hərbçilərin cavab verməli olduğunu bildirib.

“Buna görə də, prezidentin göstərişi ilə biz dərhal araşdırmaya başladıq ki, bu da daha dərin araşdırmaya ehtiyac olduğunu göstərdi”, – deyə Heqset qeyd edib.

Onun sözlərinə görə, Müdafiə Departamenti qoşunların çıxarılması zamanı qəbul edilən qərarların səbəblərini araşdırmaq və ABŞ hərbçilərinin müdafiəsi ilə bağlı nəzərə alınmayan məqamları müəyyənləşdirmək niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Taliban hərəkatının ABŞ-da terror təşkilatı kimi tanınıb-tanınmaması məsələsinin yoxlanıldığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki