image-2000x150px
image-123
image-ads_atlas
image-20220811_gaf_x99_201-pic_32ratio_1200x800-1200x800-52395backend

ABŞ haker Xoroşev haqqında məlumat verənə 10 milyon dollar mükafat vəd edib

image-728x90px

Rusiya vətəndaşı Dmitri Xoroşev ABŞ hakimiyyəti tərəfindən LockBit ransomware proqramını inkişaf etdirməkdə ittiham olunur.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, onun haqqında məlumat verənə 10 milyon dollar mükafat təklif edilib.

“ABŞ Ədliyyə Departamenti 2019-cu ilin sentyabrından bu günə qədər LockBit ransomware qrupunun yaradıcısı, tərtibçisi və idarəçisi kimi iddia edilən rola görə Rusiya vətəndaşını ittiham edib. Bəzən LockBit dünyanın ən məhsuldar ransomware qrupu olub”, – departamentin açıqlamasında deyilir.

ABŞ Ədliyyə Departamenti qeyd edir ki, böyük münsiflər heyəti LockBitSupp və LockBit kimi tanınan Voronejdən olan 31 yaşlı Dmitri Xoroşevi 26 maddə üzrə ittiham edib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki