ABŞ Hərbi Dəniz Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında Panama bayraqlı neft tankerinin qaçırılmasını həyata keçirdiyi barədə məlumat yayıb.
Bu barədə “Reuters” ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Mayın 3-də yerli vaxtla təxminən 06.20-də [Moskva vaxtı ilə saat 06.50] Panama bayrağı altında üzən “Niovi” neft tankeri ələ keçirilib…”, – ABŞ Müdafiə Nazirliyi izah edib.
Hələlik SEPAH-nin neft tankerini ələ keçirməsinin təfərrüatları, o cümlədən göyərtəsində olan insanların sayı barədə məlumat verilmir.
Mənbə: Reuters
Doğru.az

























