ABŞ hakimiyyəti İrana qarşı dörd əsas tələb irəli sürüb və Vaşinqton bu tələblərin yerinə yetirilməsini vəziyyətin diplomatik yolla həlli üçün vacib sayır.
Doğru.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası rəhbərinin xüsusi elçisi Stiv Vitkoff Florida ştatında keçirilən konfransda çıxışı zamanı məlumat verib. Onun sözlərini TASS agentliyi sitat gətirir.
Vitkoff bildirib ki, tələblər nüvə zənginləşdirməsinin dayandırılması, raket arsenalının azaldılması, təxminən 2 ton həcmində 3,67–60 faiz zənginləşdirilmiş faktiki nüvə materialı məsələsi və Tehranın regiondakı proksi qüvvələri ilə bağlıdır.
“Dörd məsələ var: nüvə zənginləşdirməsi, raketlər — onlar arsenallarını azaltmalıdırlar, təxminən 2 ton olan, 3,67–60 faiz zənginləşdirilmiş faktiki nüvə materialı və əlbəttə ki, proksilər”, – deyə Vitkoff vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Fox News ABŞ-ın İrana mümkün zərbələr fonunda Yaxın Şərqə əlavə qoşun göndərdiyini bildirib.
DOĞRU.AZ




























