image-2000x150px
image-123
image-ads_atlas
image-ap21337540644687-pic_32ratio_1200x800-1200x800-76013backend

ABŞ Konqresi Baydendən Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya köçürməyi xahiş edib

image-728x90px

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri – demokrat Adam Şiff və respublikaçı Brayan Fitzpatrik ABŞ prezidenti Co Baydenə məktub göndərərək dondurulmuş Rusiya aktivlərinin Ukrayna tərəfinə verilməsini istəyiblər.

Konqresmenlərin rəsmi internet saytında yerləşdirilən mesajda Kiyevə bu vəsaitdən hərbi və humanitar yardım kimi istifadə etməyə icazə verilməsi təklif edilir.

“Hər dolların münaqişənin nəticələrinə təsir göstərə biləcəyi bu kritik anda biz sizi Bayden Ukraynanın təcili hərbi və humanitar ehtiyaclarını ödəmək üçün ABŞ sanksiyaları altında dondurulmuş Rusiya Mərkəzi Bankının milyardlarla dollar aktivlərini köçürmək üçün səlahiyyətinizdən istifadə etməyə çağırırıq. Belə hərəkətlər üçün güclü hüquqi dəstək var”, mətndə deyilir.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki