image-2000x150px
image-123
image-ads_atlas
image-2023-04-25t102627z_1321605577_rc2ml0adcete_rtrmadp_3_usa-election-biden-pic_32ratio_1200x800-1200x800-53705backend

ABŞ prezidenti Bayden III Çarlz və xanımı Kamillanı tacqoyma mərasimi münasibətilə təbrik edib

image-728x90px

ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın yeni kralı III Çarlza tacqoyma mərasimi münasibətilə təbriklərini göndərib. Onun sözlərinə görə, o, kraliça Kamillanı da yeni titulu münasibətilə təbrik edir.

“Kral III Çarlz və Kraliça Kamillanı tacqoyma münasibətilə təbrik edirəm. ABŞ və Böyük Britaniya arasındakı davamlı dostluq xalqlarımız üçün güc mənbəyidir”, – deyə Bayden tvitter hesabında yazıb.

ABŞ prezidenti Britaniya monarxının tacqoyma mərasimində özü iştirak edə bilməyib. Ağ Evin məlumatına görə, buna Amerika liderinin gərgin iş qrafiki səbəb olub. Lakin tacqoyma mərasiminə Baydenin yerinə ABŞ-ın birinci xanımı Cil Bayden gəlib.

Mənbə: BBC.com

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki