ABŞ federal məhkəməsi Palmdale sakinini ölkədə vətəndaş müharibəsinin qızğın vaxtında Suriyadan çıxarılan 2000 illik Roma mozaikasını qaçaqmalçılıq yolu ilə keçirməkdə təqsirli bilib.
Bu barədə CBS kanalı məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Mohamad Yassin Alcharihi mozaikanı 2015-ci ildə alıb. Rəsm Heraklın Prometeyi xilas etməsini təsvir edir. Rəvayətə görə, titan Prometey tanrılara meydan oxuduğu və insanlara oddan istifadə etməyi öyrətdiyi üçün qayaya zəncirlənmişdi. Prokurorlar iddia ediblər ki, 56 yaşlı şəxs 12 min dollar ödəyib və Suriya antikvarlarını idxal etdiyi barədə gömrük orqanlarına məlumat verməyib. Əvəzində Alçarihi gömrük brokerinə yalan danışaraq Türkiyədən 600 dollardan aşağı qiymətə keramik plitələr gətirdiyini bildirib. Dövlət eksperti mozaikanın qiymətini 450 min dollar qiymətləndirib.
Mənbə: Haber Global

























