Amerikalı senatorlar ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən MKİ direktoru vəzifəsinə Con Ratkliffin namizədliyini təsdiqləyiblər.
Bu barədə The Hill yazır.
74 senator Ratkliffin lehinə, 25 senator əleyhinə çıxış edib.
Qeyd olunur ki, onun namizədliyi daha əvvəl Senatın Kəşfiyyat Komitəsi tərəfindən 3 əleyhinə 14 səslə təsdiqlənib.
Bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Tramp administrasiyasında dövlət katibi vəzifəsinə Marko Rubionun namizədliyini təsdiqləyib.
DOĞRU.AZ