ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ hərbi qüvvələri Venesueladan çıxarkən narkotik daşıyan gəmiyə ölümcül zərbə endirib.
Rubio sosial media hesabında yazıb: “ABŞ ordusu Cənubi Karib hövzəsində mənşəyi Venesuelada olan və tanınmış narkotik-terror təşkilatı tərəfindən idarə olunan narkotik yüklü gəmiyə zərbə endirib.”
Doğru.az xəbər verir ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Latın Amerikası və Karib dənizi sularına narkotik kartelləri ilə mübarizə üçün əlavə hərbi qüvvələr göndərmişdi. Venesuela prezidenti Nikolas Maduro isə bu addımları qəti şəkildə pisləyib.
Reutersin məlumatına görə, ABŞ-ın yeddi döyüş gəmisi və bir sürətli sualtı gəmisi artıq Karib dənizində ola bilər.
DOĞRU.AZ