image-2000x150px
image-123
image-ads_atlas
image-bez-imeni-24-pic_32ratio_900x600-900x600-90742backend

ABŞ zooparkında “mükəmməl” zürafə doğuldu

image-728x90px

“New York Post” yazır ki, ABŞ-da zooparkda “mükəmməl” zürafə doğulub.

Heyvan qohumlarından onunla fərqlənir ki, onun rəngində xarakterik qara ləkələr yoxdur.

Milli.Az yerli KİV-ə istinadən bildirir ki, zürafənin körpəsi Tennessi zooparkında dünyaya gəlib. Heyvanın paltosunda xarakterik ləkələri yoxdur və onun növünün yeganə canlısı hesab olunur.

“Zürafə mütəxəssisləri hesab edirlər ki, bu, planetdə yaşayan yeganə tək rəngli torlu zürafədir”, – zooparkın açıqlamasında deyilir.

Hələlik adı açıqlanmayan zürafənin boyu hazırda 1,8 metrdir və anasının himayəsində “böyüməkdədir”. Zooparkın direktoru Toni Brayt hələlik heyvanın ləkəsiz olmasının səbəbi ilə bağlı açıqlama verməyib, lakin qeyd edib ki, yeni doğulmuş körpənin populyarlığı ziyarətçiləri cəlb edir.

“Bizim zürafə balasının beynəlxalq şöhrəti bu heyvanların növlərinin qorunmasına da diqqəti cəlb edib”, – deyə kişi əlavə edib.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki