image-n1karobka_ads
image-123
image-17214696006329227609_1200x630backend

Abşeron rayonunda 100 min manatlıq elektrik əşyalarını oğurlayan iki nəfər saxlanılıb

image-ad_qayo_720x110px

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, ərazidə yerləşən mağazalardan birinin sahibi ona məxsus anbardan 100 min manat dəyərində elektrik əşyalarının oğurlanması barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir sayəsində Faiq Cəbiyev və Namiq Xanməmmədov hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, qabaqcadan əlbir olan F.Cəbiyev və N.Xanməmmədov işlədikləri mağazanın deposundan elektrik açarları, mis şinləri və elektrik naqillərini hissə-hissə talayıb satıblar.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki