image-n1karobka_ads
image-123
image-kvg5exxnhqwbd0zp4bp45o6johvike0gutaot7yl_1200backend

ADA Universitetində Fransa müstəmləkələrindən olan jurnalistlər üçün təlimlərə başlanılıb – FOTO

image-ad_qayo_720x110px

ADA Universitetində Fransanın müstəmləkəsi olan ərazilərin media nümayəndələri üçün təlimlərə başlanılıb.

Doğru.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Bildirilib ki, media üzrə təlim proqramı aldadıcı media orqanları tərəfindən aparılan təbliğat, dezinformasiya və psixoloji manipulyasiya üsullarının aradan qaldırılmasına yönəlmiş hərtərəfli kommunikasiya strategiyalarını əhatə edir.

“Bu təşəbbüs həmçinin iştirakçılara yanlış narrativləri müəyyən etmək və onlara qarşı mübarizə aparmaq, düzgün məlumatların yayılmasını təşviq etmək və dezinformasiya praktikasına əsaslanan manipulyasiya taktikasına effektiv etiraz etmək üçün praktiki metodologiyalar təqdim etməklə media dayanıqlılığını artırmağa yönəlib”, – məlumatda vurğulanıb.

Təlim çərçivəsində jurnalistlər medianın problemləri ilə bağlı fikir mübadiləsi aparıblar və müvafiq sualları cavablandırıblar.

DOĞRU.AZ

image-0o51m9q2xzk86nr3grmz5zivziipapsa58wp2drf_640 image-9ztnsgi5vtluq4ccn98fm99t1zko5th9qbqg5kvg_640 image-0dc6nbg5mqq5kouyp5ka9ihkclxtxflqyjiugrds_640 image-grvqcm5usw9q1sj5ywjyaeomizvbt5b6l3fooz81_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki