image-n1karobka_ads
image-123
image-180725085608-01-mars-lake-radar-evidencebackend

Çin alimləri Marsda qədim okean sahil xəttini tapmış ola bilər

image-ad_qayo_720x110px

Çinin “Zhuronq” roverindən istifadə edərək Marsdan məlumat toplayan çinli alimlər belə qənaətə gəliblər ki, çox güman ki, Qırmızı Planetdə qədim okeanın sahilini kəşf ediblər.

Amerikanın PNAS elmi-tədqiqat jurnalındakı məqalədə deyildiyi kimi , alimlər roverin topladığı radar məlumatlarından istifadə edərək Utopia Planitia-nın cənub hissəsinin dərinliklərində geniş yataqlar aşkar ediblər. Onların fikrincə, bu çöküntülər Yerdəki sahil çöküntülərinin strukturuna oxşar struktura malikdir.

Alimlər qeyd ediblər ki, müvafiq kəşf böyük su hövzəsinin mövcudluğunu nəzərdə tutur ki, bu da keçmişdə Marsın şimal düzənliyində okeanın yerləşdiyi fərziyyəsini dəstəkləyir.

Bundan əvvəl rus alimləri planetlər arasında səyahətə və Marsa səfər etməyə imkan verəcək plazma raket mühərrikinin prototipini hazırlayıblar.

Yanvar ayında ABŞ prezidenti Donald Tramp ölkəsinin Marsa Amerika bayrağını sancmaq üçün astronavt göndərəcəyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki