image-n1karobka_ads
image-123
image-fb_img_1756932542242backend

Afaq Bəşirqızına “Şərəf” ordeni təqdim olunub – FOTO

image-ad_qayo_720x110px

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə Xalq artisti, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olunub.

Doğru.az xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən mərasimdə orden sənətkara təqdim edilib.

Mədəniyyət naziri Adil Kərimli Afaq Bəşirqızını 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edərək, onun səhnə və ekran yaradıcılığının milli mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Afaq Bəşirqızı isə dövlətin sənətə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Mərasimdə aktrisaya həmçinin Mədəniyyət Nazirliyinin Fəxri diplomu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub.

DOĞRU.AZ

image-fb_img_1756932542242image-fb_img_1756932539980 image-fb_img_1756932534871 image-fb_img_1756932538158

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki