image-n1karobka_ads
image-123
image-aff-1backend

AFFA avrokuboklar üçün altı kluba lisenziya verib

image-ad_qayo_720x110px

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra dörd qərar qəbul edib.

Oxu.Az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt” , “Turan Tovuz” və  “Zirə”yə, UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün “Neftçi” və “Sumqayıt”a lisenziya verilib.

Premyer Liqa yarışlarında iştirak etmək üçün “Araz-Naxçıvan”, “Kəpəz”, “Qəbələ” və “Səbail” klublarına lisenziya verilib.

Qeyd edək ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə lisenziya almış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunurlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki