image-n1karobka_ads
image-123
image-1745911706800933824_1200x630backend

AFFA-nın əməkdaşı UEFA proqramını fərqlənmə ilə bitirib

AFFA-nın beynəlxalq oyunların təşkili üzrə meneceri Rasif Babayev UEFA Akademiyasının və Lozanna Universitetinin birgə təşkil etdiyi “UEFA Certificate in Football Management” (CFM) təhsil proqramını fərqlənmə ilə (Certificate of Merit) başa vurub.

Milli assosiasiyadan verilən məlumata görə, bu proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib və UEFA-nın rəsmi sertifikatı ilə nəticələnir.

Təqdimetmə mərasimi Latviyanın paytaxtı Riqada baş tutub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki