Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir.
Doğru.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
DOĞRU.AZ