İsrail tərəfi ABŞ-ın Qəzza zolağında təklif etdiyi 60 günlük atəşkəslə razılaşıb.
Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
“İsrail bu təkliflə HƏMAS-a göndərilməmişdən əvvəl razılaşdı”, – ABŞ hökumətinin sözçüsü bildirib.
Eyni zamanda, Levitt qeyd edib ki, Fələstinin HƏMAS hərəkatının ABŞ-ın təklifinə necə reaksiya verməsi barədə məlumatı yoxdur.
Bundan əvvəl Əl Ərəbiyyə telekanalı HƏMAS və İsrail tərəfinin Qəzza zolağında 60 günlük atəşkəsə razılaşdığını bildirib .
DOĞRU.AZ