image-n1karobka_ads
image-123
image-681e43b8ae5ac96d16645601backend

Ağ Ev: Tramp Yaxın Şərq səfəri zamanı Putinlə görüşməyi planlaşdırmır

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə gözlənilən səfəri zamanı Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırmır.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

“Prezident dünən bu suala cavab verdi: görüş olmayacaq”, – RİA Novosti onun sözlərini sitat gətirir.

Bundan əvvəl Tramp Səudiyyə Ərəbistanında Putinlə görüşməyi planlaşdırmadığını bildirmişdi.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Moskva və Vaşinqton iki ölkə liderləri arasında ikitərəfli görüşə doğru irəliləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki