image-ads_n1karobka_mobile
image-69efb09c02e8bd0ec009d972backend

Ağ Ev: Trampa qarşı iki ildə üçüncü sui-qəsd cəhdi edilib

Heç bir Amerika lideri ABŞ prezidenti Donald Trump qədər tez-tez hədəfə alınmayıb. Məlumata görə, White House mətbuat katibi Karoline Leavitt bildirib ki, son hadisə prezidentə qarşı növbəti sui-qəsd cəhdi kimi qiymətləndirilir.

Doğru.az xəbər verir ki, RIA Novosti onun sözlərini sitat gətirib.

“Bu, Trampa qarşı iki ildə üçüncü sui-qəsd cəhdidir. Tarixdə heç bir başqa prezidentə bu qədər təkrarlanan və ciddi sui-qəsd cəhdləri edilməyib”, – deyə Levitt vurğulayıb.

O, daha əvvəl Trampın iştirak etdiyi qəbulda baş verən atışmanı da prezidentə qarşı sui-qəsd kimi dəyərləndirmişdi.

Vaşinqtondakı federal məhkəmə isə qəbul zamanı atəş açan Kol Tomas Allen barəsində ABŞ prezidentini öldürməyə cəhd ittihamı irəli sürüb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki