image-2000x150px
image-absbackend

Ağ Ev Türkiyədəki terror aktını pislədi

image-728x90px

“ABŞ Türkiyənin İstanbul şəhərində bu gün (dünən – red) baş verən zorakılıq aktını qətiyyətlə pisləyir”.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer tviter hesabında yazıb.

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, – Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki