İyunun 30-da Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyadaəleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ