image-ads_n1karobka_mobile
image-trend_mine_mina_260425_2backend

Ağdərədə mina partlayışı: bir nəfər xəsarət alıb

10 iyul 2025-ci il tarixində Ağdərə rayonunun Həsənqaya kəndi yaxınlığında mina partlayışı baş verib.

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin birgə məlumatına görə, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu mal-qara otararkən piyada əleyhinə mina partlayışına məruz qalıb və sol ayağından xəsarət alıb.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Hüquq-mühafizə orqanları dərhal hadisə yerinə cəlb olunub.

ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, mina təhlükəsi olan ərazilərə girməməyə və xəbərdarlıq nişanlarına diqqətlə yanaşmağa çağırır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki