Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “News24.az” veb-saytının fəaliyyətinə dair açıqlama yayıb.
Doğru.az xəbər verir ki, Agentlik son dövrlərdə adıçəkilən saytda auditoriyanı aldatmaq, ictimai rəyi çaşdırmaq məqsədilə manipulyativ başlıqlardan istifadə edildiyini bildirib.
Qurum xüsusilə bu gün saytda yayımlanan “Çörək bahalaşdı” başlıqlı xəbərin əslində qonşu ölkəyə aid olduğunu, lakin Azərbaycan reallığına uyğunlaşdırılaraq aldadıcı foto ilə təqdim edildiyini qeyd edib. Eyni hal “Dollar kəskin bahalaşdı” sərlövhəli xəbər üçün də keçərlidir.
Agentlik vurğulayıb ki, sensasiyalı və şişirdilmiş başlıqlarla, yanıltıcı şəkillərlə oxucunu linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın ciddi şəkildə pozulmasıdır. Media orqanlarının cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etməsi, yalan və saxta xəbər yaymaması qanunvericiliyin tələblərindəndir.
Sonda Media Agentliyi bütün media subyektlərini qanunlara və peşə etikasına əməl etməyə, jurnalistləri isə bu cür hallara qarşı prinsipial mövqe sərgiləməyə çağırıb.
DOĞRU.AZ