image-2000x150px
image-123
image-ads_atlas
image-interpress_650fdd6093f4efd576aa8bb7036f2b2d_lwg2imhuep7qnt9r3sbv-640x336backend

Ağstafada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

image-728x90px

Doğru.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Ağstafa şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, könüllü gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gülqoyma mərasimindən sonra  tədbir iştirakçıları Mərkəzə etdikləri ekskursiya zamanı Ulu Öndərin keçdiyi şərəfli ömür yolu və misilsiz xidmətlərindən bəhs edən filmə tamaşa edib, Mərkəzin muzey salonlarında tarixi fotolardan ibarət stendlərə nəzər salıblar.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki