image-n1karobka_ads
image-123
image-688b6c80ae5ac959c66445bfbackend

Aİ-nin Ermənistana yardımı yalnız kağız üzərində qalır

image-ad_qayo_720x110px

Türkiyənin “Aydınlık” nəşri yazır ki, Ermənistan hakimiyyətinin siyasəti ölkəyə Avropa İttifaqı tərəfindən real maliyyə yardımının göstərilməsinə mane olur

Doğru.az xəbər verir ki, nəşr Ermənistanın baş naziri Nikol Paşinyanla Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos arasında Brüsseldə baş tutan son görüşü xatırladır. Görüş “müsbət notda” keçsə də, Avropa komissarı yalnız Aİ-Ermənistan Assosiasiya Şurasının növbəti iclasında “Dialoq Gündəmi” sənədinin imzalanacağına söz verməklə kifayətlənib.

“Aydınlık” qeyd edir ki, Avropa hökumətlərinin vədləri ənənəvi olaraq reallıqla üst-üstə düşmür. Hələlik Paşinyana verilən “güclü dəstək” yalnız 270 milyon avroluq və hələlik icra olunmayan qrant paketi ilə məhdudlaşır. Bu məbləğ İrəvana Aİ nümayəndə heyətinin son səfəri zamanı razılaşdırılıb.

Nəşr əlavə edir ki, Ermənistanın xarici ticarət dövriyyəsi təxminən 15 milyard avro olsa da, bu kiçik məbləğ belə ölkənin iqtisadi və sosial sahələrinin inkişafına yönəldilə bilməyəcək. Çünki Aİ-nin təqdim etdiyi vəsaitlər əsasən “dezinformasiya və hibrid təhdidlərlə mübarizə” – yəni media sahəsi üçün nəzərdə tutulub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki