Aİ ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa razılaşıblar.
Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Kornelius bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra avropalı tərəfdaşları danışıqların məzmunu barədə məlumatlandırıb. Onlar həmçinin Ukraynada atəşkəs və sülhün əldə edilməsi yollarını müzakirə ediblər.
“Avropalı iştirakçılar sanksiyalar vasitəsilə Rusiya tərəfinə təzyiqi artıracaqlarını bildiriblər”, – TASS onun sözlərindən sitat gətirir.
Korneliusun sözlərinə görə, Tramp və avropalı tərəfdaşlar Ukrayna məsələsi üzrə danışıqları yaxından əlaqələndirmək barədə razılığa gəliblər.
Putinlə Tramp arasında telefon danışığı mayın 19-da baş tutub və iki saatdan çox davam edib.
DOĞRU.AZ