Avropa İttifaqı Şurası 24 Suriya təşkilatına qarşı iqtisadi sanksiyaları ləğv edib.
Bu barədə Aİ Şurasının mətbuat xidməti öz rəsmi saytında məlumat yayıb.
“Şura təhlükəsizlik mülahizələrinə əsaslananlar istisna olmaqla, Suriyaya qarşı bütün iqtisadi məhdudiyyətləri aradan qaldıran hüquqi aktlar qəbul edib”, – bəyanatda deyilir.
Qeyd olunur ki, sanksiyalardan azad edilən təşkilatlar arasında Suriya Mərkəzi Bankı və neft emalı ilə məşğul olan müəssisələr var.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Dəməşqi elektrik enerjisi, su və humanitar yardımla təmin etmək üçün Suriyaya qarşı sanksiyaları 180 gün müddətinə dayandırıb.
DOĞRU.AZ