image-n1karobka_ads
image-123
image-174801832619527964_1200x630backend

Ailə, Qadın və Uşaq Komitəsində İctimai Şura ilə geniş müzakirə

Mayın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Komitədən Doğru.az-a verilən məlumata görə, görüşdə dövlət və cəmiyyət həyatında ictimai iştirakçılığın əhəmiyyəti vurğulanıb, Şuranın fəaliyyəti ilə bağlı gözləntilər səsləndirilib.

Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək, dövlətin ailə, qadın və uşaq siyasəti istiqamətində gördüyü işlər və qarşıda duran hədəflər barədə İctimai Şura üzvlərini məlumatlandırıb.

Tədbir zamanı Şura üzvlərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və qeydiyyata alınaraq nəzərə alınacağı bildirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də iştirak edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki