image-n1karobka_ads
image-123
image-62373d9252f3fbackend

Aktotı Raimkulova Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib – FOTO

image-ad_qayo_720x110px

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Doğru.az xəbər verir ki, təbrik məktubunda Mehriban xanımın müasir Azərbaycanın dövlət quruculuğunda, ölkənin dünyada tanıdılmasında və vətəndaşların rifahının yüksəldilməsində müstəsna xidmətləri vurğulanıb.

Məktubda qeyd olunub ki, onun Azərbaycanın zəngin mədəni irsinin, xüsusilə möcüzəli muğamın dünyada tanıdılmasındakı rolu, humanitar və xeyriyyəçilik fəaliyyəti, təhsil və səhiyyə sahələrinə verdiyi dəstək tarixdə daim yadda qalacaq.

Raimkulova Mehriban xanımın Qarabağın sürətli quruculuğunda Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışaraq, yeni infrastruktur layihələrinin və yaşayış mərkəzlərinin icrasına verdiyi töhfələri xüsusi vurğulayıb. Təbrikdə ona ailə səadəti, firavanlıq və yeni uğurlar arzulandığı da qeyd olunub.

Hörmətlə,
Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

image-img-20250826-wa0149

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki