image-2000x150px
image-123
image-ads_atlas
image-mycollages_-_2022-01-12t143136-040backend

“Ali təhsili olmayan reyestrə daxil olmur, jurnalistika ilə məşğul ola bilər

image-728x90px

“Media reyestrinə daxil olmaq üçün jurnalistlərə 3 il staj və ali təhsilin olması tələb kimi qoyulub”.

Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov İTV-də “Diqqət mərkəzi” verilişində bildirib.

Onun sözlərinə görə, eyni zamanda jurnalist etikasına riayət edilməsi məsələsi də vacibdir.

“Amma qeyd edim ki, ali təhsilin olması media reyestrinə düşmək üçün tələbdir, bu jurnalistika fəaliyyəti ilə məşğul olmaq üçün tələb deyil. Ali təhsiliniz olmadan da jurnalist fəaliyyəti ilə məşğul ola bilərsiniz, buna qanunveicilikdə heç bir məhdudiyyət qoyulmayıb. Lakin reyestre düşmək müəyyən daha üstün imtiyazlardan istifadə etmək üçündür”.

Ə. İsmayılov bildirib ki, vahid media reyestrinə jurnalistlər öz istəkləri ilə müraciət edib daxil ola bilərlər.  Bu reyestrə daxil olmayan jurnalistin jurnalistika fəaliyyəti ilə məşğul olması, informasiya alması ilə  bağlı hər hansı məhdudiyət qoyulmayıb. Qanunda belə müddəalar mövcud deyil, reyestrdə olmayan jurnalistlər də informasiya almaq, yaymaq hüququna malikdirlər.

Agentlik rəsmisi həmçinin jurnalistlər üçün olan güzəştləri də sadalayıb:

“Artıq güzəştli ipotekadan jurnalistlərimiz də yararlana biləcəklər, biz jurnalistlər də bu siyahıya əlavə edilmişik. Bu imtiyazlardan istifadə edən jurnalistlərimiz həm də tələblərə uyğun olmalıdırlar. 5 ildən yuxarı olan jurnalist işləyən gənc ailə üzvü  və  15 ildən yuxarı stajı olan jurnalistlərimizin bu güzəştdən yararlanmaq hüququ var. İpotekanın verilməsi isə ailənin büdcəsilə hesablanır, tək fərdin əmək haqqı ilə yox. Güzəştli olması o deməkdir ki, daha aşağı əmək haqqı alan kateqoriyada olan insanlar bundan istifadə etsinlər. Prezidentin fərmanı ilə jurnalistlər də bu kateqoriyaya aid edilib. Media haqqında qanunun müddəaları bizə imkan verir ki, gələcəkdə də güzəştlərlə bağlı layihələrlə çıxış edək”.

Jurnalistlərin rəsmiləşdirilmədən fəaliyyət göstərməsinə gəlincə isə, Ə. İsmayılov bildirib ki, ancaq qanunvericilikdə olan münasibətlərdən danışa bilərik. Jurnalistlər qanunvericilikdən kənar, rəsmiləşdirilmədən fəaliyyət göstərilibsə, bu məsələnin həlli MEDİA Agentliyinin səlahiyyətində deyil.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki