image-n1karobka_ads
image-123
image-shutterstock_1984197083-pic_32ratio_1200x800-1200x800-58107backend

Alimlər Parkinson xəstəliyinin mümkün səbəbini tapıblar

Helsinki Universiteti və Şərqi Finlandiya Universitetinin alimləri müəyyən ediblər ki, Parkinson xəstəliyinə insan bağırsaqlarında yaşayan adi bir bakteriya səbəb ola bilər.

Tədqiqat Frontiers in Cellular and Infection Microbiology jurnalında dərc olunub.

Lewy cisimləri kimi tanınan kiçik protein strukturlarının Parkinson xəstəliyi olan insanların beyninin müəyyən nahiyələrinin hüceyrələrində toplandığı məlumdur. Lewy cisimləri ilk növbədə sinir hüceyrələri arasında elektrik siqnallarının ötürülməsinə cavabdeh olan neyrotransmitterlərin sərbəst buraxılmasında iştirak edən α-sinuklein zülalından ibarətdir.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki