image-nerjbanner
image-ads_atlas
image-shutterstock_2198551397-pic_32ratio_900x600-900x600-79742-1backend

Alimlər Veneranın ekstremal mühitində işləyə bilən elektronika yaradıblar

image-nerjbanner

Pensilvaniya Universitetinin amerikalı alimləri həddindən artıq yüksək temperaturda işləyə bilən istiliyədavamlı elektron qurğular yaradıblar. Onlar Günəş sisteminin ən isti planeti olan Veneranın səthini öyrənmək üçün kompüterlər qurmağa imkan verəcəklər.

Tədqiqat Nature Electronics (NatElectron) elmi jurnalında dərc olunub.

Komanda 600°C-də işləməyə davam edən yeni ferroelektrik diod (yarımkeçirici keçid cihazı) hazırladı və sınaqdan keçirdi. Müqayisə üçün qeyd edək ki, günümüzün ən etibarlı kompüter yaddaş qurğuları 300°C-də sıradan çıxır.

Yeni diodlar ferroelektrik alüminium skandium nitridi (AlScN) adlı materialdan istifadə etməklə yaradılıb. Onun xassələri 45 nanometr qalınlığında aparat istehsal etməyə imkan verir – insan saçının enindən 1,8 min dəfə az.

Mənbə: Gazeta.ru

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki