Almaniya kansleri Fridrix Merz ölkənin təhlükəsizlik vəziyyətinə dair sərt açıqlama verib.
Doğru.az xəbər verir ki, Rheinische Post qəzetinin təşkil etdiyi tədbirdə çıxış edən Merz bildirib:
“Biz müharibə vəziyyətində deyilik, lakin artıq sülh şəraitində də deyilik”.
Qeyd edək ki, kansler bir neçə gün əvvəl Berlində keçirilən Schwarz Ecosystem Summit konfransında da oxşar bəyanatla çıxış etmişdi.
Xatırladaq ki, daha əvvəl Almaniya dron təhlükəsinin artması ilə əlaqədar yüksək səviyyədə həyəcan elan etmişdi. Bundan əlavə, son günlər Polşa hava məkanının qərb hissəsində 24 saat ərzində GPS sistemində nasazlıqlar müşahidə olunacağı barədə məlumat yayılmışdı.
DOĞRU.AZ