image-n1karobka_ads
image-123
image-almaniya_bayragi_01backend

Almaniya prezidenti Kiyevə gəldi

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynada xüsusi əməliyyat başlayandan bəri ilk dəfə Ukrayna paytaxtına gəlib.

  Almaniya prezidentinin Kiyevə qatarla gəldiyi məlum olub. Bu gün axşam o, ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşmək niyyətindədir.

Bundan əvvəl “Bild” qəzeti yazıb ki, Frank-Valter Ştaynmayer ötən həftə Kiyevə səfər etməli idi, lakin səfər ləğv edilib. Nəşrin məlumatına görə, bu, Almaniya Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və təhlükəsizlik orqanlarının təkidi ilə edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki