Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Ukrayna davam edən silahlı münaqişədə uduzmur.
Doğru.az xəbər verir ki, o, bu fikrini Almaniyanın Bild nəşrinə açıqlamasında deyib:
“Xeyr. Bütün Avropa Ukraynanı dəstəkləyir və ABŞ da dəstək verməyə hazırdır”, – deyə nazir qeyd edib.
Vadeful əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın davam etdirilməsi barədə qərarı Almaniya kansleri Fridrix Merzin səyləri nəticəsində verib.
DOĞRU.AZ