image-2000x150px
image-123
image-ads_atlas
image-1ab9d601-5953-45ce-9a61-5a7faadead7ebackend

Alveşə qarşı cinsi qısnama ittihamı ilə cinayət işi açılıb

image-728x90px

Kataloniya Ali Məhkəməsi “Barselona”nın sabiq futbolçusu, Braziliya millisinin heyətində Qətərdə keçirilən dünya çempionatının iştirakçısı Dani Alveşə qarşı cinsi qısnama ittihamı ilə cinayət işi açılıb.

39 yaşlı müdafiəçi adı gizli saxlanılan qadın tərəfindən cinsi təcavüzdə ittiham olunub. Onun sözlərinə görə, insident dekabrın 30-da Barselonadakı gecə klublarından birində baş verib.

Barselona Birinci İnstansiya Məhkəməsi iddia edilən hadisədən üç gün sonra, yəni yanvarın 2-də zərərçəkmiş olduğu iddia edilən şəxsin polisə verdiyi şikayət əsasında prosesə başlayıb.

Braziliyalı futbolçu günahını tamamilə inkar edir. O, həmin gecə bu kluba getdiyini, lakin digər əhatədə olduğunu etiraf edib.

“Mən başqasının məkanına soxulmamışam və bu xanımın kim olduğunu bilmirəm. Mən onun dediyini etməmişəm”, – deyə Alveş bəyan edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki