image-n1karobka_ads
image-123
image-1backend

Amerikalıların 24%-i ABŞ-ın diktatura olduğunu düşünür – Sorğu

Doğru.az xəbər verir ki, “YouGov” şirkətinin keçirdiyi sorğuya əsasən, amerikalıların 24 faizi ABŞ-ın diktatura ilə idarə olunduğuna inanır.

Sorğu nəticələrinə görə, ölkə vətəndaşlarının 50 faizi ABŞ-ın demokratik dövlət olduğuna əmindir. Eyni zamanda, respondentlərin yarıdan çoxu ölkənin hazırda konstitusiya böhranı yaşadığını hesab edir.

“YouGov”un rəsmi saytında yayılan məlumatda qeyd olunur: “Amerikalıların əksəriyyəti hesab edir ki, ABŞ hazırda konstitusiya böhranının içindədir və ölkə beş il əvvəlkindən daha çox siyasi parçalanma ilə üz-üzədir”.

Sorğu 1111 yetkin amerikalı arasında keçirilib. Nəticələrin statistik xəta payı 4,2 faiz təşkil edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki