Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 21-27 iyul tarixlərində icra edilən əməliyyatlara dair məlumat açıqlayıb.
Doğru.az xəbər verir ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyatlar zamanı piyadaəleyhinə 46, tankəleyhinə 15 mina və 1097 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində ümumilikdə 1354,2 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
DOĞRU.AZ