image-n1karobka_ads
image-123
image-17472263345795320936_1200x630backend

ANAMA ekskavator operatorları üçün vakansiya elan etdi

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək üçün ekskavator operatoru vəzifəsinə sənəd qəbulunu elan edib.

Doğru.az-a verilən məlumata görə, namizədlər müvafiq sürücülük vəsiqəsi və sertifikatlara sahib olmalı, azı 2 il iş təcrübəsinə malik olmalıdır.

Təklif olunan təminatlar:

Rəsmi əməkhaqqı və səmərəli fəaliyyətə görə əlavə mükafatlar;

Gündə 3 dəfə yeməklə təmin olunma;

Yaşayış yeri ilə təminat.

Sənədlər mayın 31-dək aşağıdakı ünvana göndərilməlidir: career@anama.gov.az

Tələb olunan sənədlər:

Vəzifəyə müraciət ərizəsi;

Şəxsiyyət vəsiqəsinin surəti;

Təhsilə dair sənədlərin surətləri;

Əmək kitabçasının surəti;

Əlaqə telefonu.

Qeyd edək ki, seçim zamanı işğaldan azad olunmuş ərazilərdən olan məcburi köçkünlərə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət etmək mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki