image-n1karobka_ads
image-123
image-17504972162866136047_1200x630backend

ANAMA işçi axtarır: Yeni vakansiyalar elan edildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə ekskavator operatoru vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Bu barədə Doğru.az-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, namizədlər müvafiq vəsiqə və sertifikatlara malik olmalı, onların həmin sahədə 2 ilə qədər iş stajı olmalıdır.

Təminatlar:

 Əməkhaqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;

 Gündə 3 dəfə yeməklə təmin edilmə;

 Yaşayış yeri ilə təmin olunma.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

• müvafiq vəzifəyə sənədlərin təqdim edilməsinə dair ərizə;

• şəxsiyyət vəsiqəsinin surəti;

• təhsilə dair sənədlərin surəti (attestat, vəsiqə, sertifikat, arayış və s.);

• əmək kitabçasının surəti.

Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki