image-n1karobka_ads
image-123
image-1735479411549855129_1200x630backend

ANAMA işğaldan azad edilmiş ərazilərdə bu il icra olunan əməliyyatlara dair məlumat açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2024-cü ildə icra edilən əməliyyatlara dair məlumat açıqlayıb.

ANAMA-dan Doğru.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 65 min 821 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan piyada əleyhinə 4 min 286, tank əleyhinə 2 min 372 və 59 min 163 partlamamış hərbi sursat təşkil edib.

Ümumiyyətlə, bu il 62 023.9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki